Bayrağımız Fransa səmalarında dalğalanır

Bayrağımız Fransa səmalarında dalğalanır
  18 Avqust 2013    Oxunub:966
Fransada Azərbaycanın təbliğatı istiqamətində tarixi addım atılıb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, "Baghlan group"un prezidenti Hafiz Məmmədovun "Lans" klubunun səhmlərini almasından sonra Azərbaycanın üçrəngli bayrağı Fransa bayrağı ilə birgə Lans şəhərinin mərkəzi arenası sayılan və 41 min 233 tamaşaçı tutumu olan Feliks Bolların adını daşıyan stadionda dalğalanır.

Xəbərdə deyilir ki, Azərbaycanın bayrağının stadionda dalğalanması Fransada çox güclü dayaqları olan erməni diasporunun etirazına səbəb olub. Onlar bir neçə dəfə "Lans"la Azərbaycanın əməkdaşlığına, eləcə də bayrağımızın stadiondan endirilməsinə çalışsalar da, buna nail ola bilməyiblər.

Qeyd edək ki, bu il Fransanın yüksək liqasına çıxmağı qarşısına məqsəd qoyan "Lans" bu mövsüm ikinci liqada keçiridiyi üç oyundan yeddi xal toplayıb.

Komanda bu mövsümdən meydana üzərində "Land of fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan formayla çıxır.


Teqlər:  





Xəbər lenti