Milli Şuranın konturu qurtarıb

Milli Şuranın konturu qurtarıb
  18 Avqust 2013    Oxunub:2452
Milli Şura üzviləri “texniki imkan” deyəndə nəyi nəzərdə tutur?
“El” hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev bu günə təyin olunan mitinqdə Rüstəm İbrahimbəyovun çıxışının nəzərdə tutulub-tutulmaması ilə bağlı sualı cavablandırarkən texniki imkanlar olsa, Rüstəm İbrahimbəyovun canlı mitinqə qatılacağını deyib.

Onun sözlərinə görə bununla bağlı müzakirələr gedir. Şura üzvibildirib ki, texniki imkanlar buna imkan verməsə, İbrahimbəyovun müraciəti səsləndiriləcək.

Maraqlıdır, Milli Şura üzviləri “texniki imkan” deyəndə nəyi nəzərdə tutur? Məgər Şurada təmsil olunan partiya sədrləri bu qədər kasıblayıblar ki, beş manatlıq kontur alıb, İbrahimbəyovu mitinqə canlı bağlaya bilmirlər? Doğrudanmı, Milli Şura üçün ayrıldığı deyilən 20 milyon dollardan kontur almaq üçün qəpik-quruş qalmayıb?

AzVision.az


Teqlər:  





Xəbər lenti