Rauf Arifoğlu: "İbrahimbəyov nə yaxşı liderdir, nə də yaxşı siyasətçi..."

Rauf Arifoğlu: "İbrahimbəyov nə yaxşı liderdir, nə də yaxşı siyasətçi..."
  18 Avqust 2013    Oxunub:3090
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün keçiriləcək olan mitinqlə bağlı yazısında müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovu açıq-aydın "vurduğu" görülür. AzVision.az həmin yazıdan bir hissəni təqdim edir:
Milli Şura formatında bir araya gələn ölkənin ən ciddi müxalifət komponentləri, ziyalılar və siyasət xadimləri yeni rəhbərləri Rüstəm İbrahimbəyovun uğursuz gedişləri nəticəsində düşdükləri böhrandan çıxış yolu kimi mitinq variantını seçdilər.

Rauf Arifoğlunun yazdığına görə, Milli Şuranın rəhbəri Tiflis əvəzinə Bakıya gəlsə idi; indi də Bakıda olsa idi, vəziyyət də, gedişat da tamamilə fərqli olacaqdı. İnsanlar hətta öz liderlərinin həbsxanaya düşməsindən də impuls alacaqdılar; şüarlar daha konkret, daha praktik, daha olumlu olacaqdı. Ancaq cənab İbrahimbəyov bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı - sübut elədi ki, o, lider deyil, siyasətçi heç deyil; sadəcə yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir. Bu baxımdan, onu qabağa verən Müsavat və Cəbhə liderləri indi hər şeyi onun əvəzindən etməyə məcburdurlar.

O deyir ki, Rüstəm İbrahimbəyov hər nə qədər iddia etsə də ki, o, Moskvada oturub, hərəkatın müvəffəqiyyəti üçün maliyyə toplayır; hələ ki, heç bir hada bu arqument özünü doğrultmayıb. Ola bilər, Rüstəm müəllim Eldar Namazova və 3-4 yaxın tərəfdaşına maaaş verir. Lakin son dərəcə həlledici, mühüm bir nöqtə olan 18 avqust aksiyası üçün əsas aparıcı təşkilatlara 1 manat, hətta 1 qəpik də olsun, kənardan pul verilməyib!


Teqlər:  





Xəbər lenti