`ASAN Xidmət` Ağcabədidə
18 avqust- 2 sentyabr tarixində Ağcabədi və Ağdam rayonlarının ümumi sayı 300000-dən çox olan sakini ASAN Səyyar Xidmətdən Ağcabədi rayonunda yararlana biləcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
Əmək pensiyalarının təyin edilməsi
Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.