Milli Şura yenə toplanacaq

Milli Şura yenə toplanacaq
  19 Avqust 2013    Oxunub:1095
Bu gün Milli Şuranın növbəti sessiyası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu sessiyada qurumun prezidentliyə namizədliyi müzakirə olunacaq. Ötən sessiyada bu barədə müzakirələr nəticəsiz qaldığından bu məsələ bu gün müzakirə olunacaq.

Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi həll olunmadığı üçün alternativ vahid namizədin müəyyənləşdirilməsi üçün bugünkü sessiyada qərar qəbul olunacağı gözlənilir.

Milli Şura üzvləri isə mətbuata açıqlamalarında müxtəlif fikirlər səsləndirib.

Belə ki, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bu sessiyada alternativ namizədin müzakirə olunacağını desə də, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan buna ehtiyac olmadığını demişdi.

Qeyd edək ki, Milli Şuranın sessiyası 15:00-da Müsavat Partiyasının qərargahında keçiriləcək.

Fatimə


Teqlər:





Xəbər lenti