“Facebook” danışacaq

“Facebook” danışacaq
  19 Avqust 2013    Oxunub:1141
“Facebook” sosial şəbəkəsi bundan sonra müxtəlif dillərdə danışacaq.
AzVision.az xəbər verir ki, “Facebook” başqa dillərə şifahi tərcümə edən “Jibbigo” proqramına qoşulub. “Jibbigo” proqramı danışığı 25-dən çox dilə tərcümə edə bilir. Proqram 2009-cu ildə “iOS” və “Android” platformaları üçün hazırlanıb. O, səyahətçi və xarici işçilər arasında daha çox istifadə olunur.

Sözügedən proqramı istifadə etmək üçün internetə daimi qoşulmaq tələb olunmur. “Facebook” proqrama qoşulmaq üçün nə qədər xərc çəkildiyini açıqlamayıb. “Jibbigo” proqramı ilə dil baryerinin olmasına baxmayaraq müxtəlif ölkələrin istifadəçiləri bir-birləri ilə ünsiyyət saxlaya biləcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti