İlham Əliyevin sənədləri sabah MSK-ya təqdim olunacaq

İlham Əliyevin sənədləri sabah MSK-ya təqdim olunacaq
  19 Avqust 2013    Oxunub:991
İmza toplama kampaniyası artıq başa çatmış Azərbaycan prezidentliyinə növbəti dəfə namizəd, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sənədləri avqustun 20-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Bunu YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, İlham Əliyevin vərəqləri artıq tam hazırdır: “Bütün bölgələrdən daxil olan imza vərəqələri partiyanın icra katibliyində tam yoxlanılıb və artıq təqdim etmək üçün hazırdır. Lakin qanunvericiliyə görə, seçkiyə 50 gün qaldıqdan sonra imza vərəqələri MSK-ya təqdim oluna bilər. Buna görə də biz vaxtından əvvəl imza kampaniyasını başa çatdırmağımıza baxmayaraq, sabah – avqustun 20-də sənədləri MSK-ya təqdim edə biləcəyik”.

İmzatoplama kampaniyasında 1000-dək partiya fəalı iştirak edib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyini təsdiq edib.

İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.(Apa)


Teqlər:  





Xəbər lenti