Bakı-Novorossiysklə bağlı danışıqlar aparılır
Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ARDNŞ dünyanın bütün şirkətləri ilə tərəfdaşlıq edir, treydinq həyata keçirir:
“Rosneft” də dünyanın tanınmış neft şirkətlərindən biridir. Bilirsiniz ki, “Rosneft” ildə 210 milyon ton neft istehsal edən şirkətdir. Bu gün iki şirkət arasında neftin mənfəətli satışında birgə treyder işlər aparılır. Bunun üçün həm regionda, həm Ceyhanda, həm də Uzaq Şərqdə infrastrukturlar işə salınacaq. Həmçinin ARDNŞ-in İsveçrədə, Afrikada və Ceyhanda olan imkanlardan bunun üçün istifadə edəcəyik. Bunun üçün proqramlar hazırlanır və danışıqlar aparılır”.
ARDNŞ prezidenti bildirib ki, ilkin mərhələdə Bakı-Novorossiysk kəməri ilə 5 mln. ton həcmində Rusiya nefti vurulacaq:
“Bununla bağlı dəqiq hesablamalar aparılır. Düşünürük ki, ilin sonuna qədər hər hansı razılıq əldə olunacaq. Hələlik bunun üzərində işlər gedir”.(apa)