Avropa Birliyi Misirə embarqo qoyur
Avropa Birliyinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən təcili görüşü zamanı embarqo haqqında məsələyə baxılacaq. Embarqo ilə bağlı məsələ bir həftə ərzində müzakirə olunacaq. Görüşdə odlu silah, hərbi texnika, həmçinin daxili repressiyalar zamanı istifadə olunan vasitələrin Misirə çatdırılmasına məhdudiyyətlər qoyulmasının variantları müzakirə olunacaq. Qeyd edək ki, Məhdudiyyətlərin qoyulması Misir hakimiyyətinə zorakılığı dayandırmaqla bağlı xəbərdarlıq xarakteri daşıyır.
AzVision.az
Teqlər: