İbrahimbəyov mitinqdən razıdır

İbrahimbəyov mitinqdən razıdır
  19 Avqust 2013    Oxunub:1179
Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov qurumun 18 avqustda keçirdiyi ilk mitinqini müsbət qiymətləndirib. “Yeni Müsavat”a açıqlamasında o deyib ki, “Həm hakimiyyətin yaratdığı maneələr, həm avqust ayının istisi, həm insanların yay tətilində olması, həm aksiya üçün ayrılan meydanın şəhərdən kənarda olmasının müqabilində Milli Şuranın reallaşdırdığı mitinq, müsbət qiymətləndirilməlidir”.

“Mən Moskvadan hər şeyi izləyirdim. Məncə, çox yaxşı səviyyədə mitinq keçdi və çıxışlar da xoşuma gəldi. İnsanların əhval-ruhiyyəsi də yaxşı idi və məndə müsbət təəssürat yaratdı”,- deyən İbrahimbəyov bəyan etdi ki, Milli Şuranın mitinqlərinin davamı olmalıdır: “Məncə istilər bir qədər aşağı düşsün, avqustun sonu - sentyabrın əvvəllərində mütləq mitinqlər başlayacaq və davam edəcək”.

Vətəndaşlıq probleminin həllinin nə yerdə olduğundan danışan Rüstəm İbrahimbəyov müraciətinə cavabı gözlədiyini dedi: “Bu məsələ Rusiya prezidenti Vladimir Putindən asılıdır. Hələ nə müsbət nə mənfi cavab yoxdur. Məncə bir-iki günə bu məsələyə aydınlıq gələcək”.


Teqlər:  





Xəbər lenti