Dörd nəfər dənizdə batıb

Dörd nəfər dənizdə batıb
  19 Avqust 2013    Oxunub:1408
Daxili İşlər Nazirliyi Azərbaycanın müxtəlif ərazilərində suda boğulma hadisələri ilə məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 17-də Ağdaş rayonu Nehrəxəlil kəndinin ərazisində kənd sakini Rəşad Bəbişov su kanalında çimərkən suda boğulub.
R.Bəbişovun meyiti sudan çıxarılıb.

Samuxun Hacallı kəndinin ərazisində Kəlbəcər rayon sakini Cavid Məmmədli Gəncə çayında çimərkən boğulub.

Bakı şəhər sakini Şəfa Qasımova Qusar Olimpiya İdman Kompleksindən çıxaraq itkin düşüb. Avqustun 18-də Cağar-Cibir kanalının Balaqusar kəndi istiqamətinə ayrılan hissəsindən Ş.Qasımovanın suda boğulmuş meyiti tapılıb.

1970-ci il təvəllüdlü Qarakişiyev Mehdi Nemət oğlu Suraxanı rayonu ərazisində, dənizdə batıb.

Faktlarla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti