Mehman Əliyev də namizədlikdən imtina etdi

Mehman Əliyev də namizədlikdən imtina etdi
  19 Avqust 2013    Oxunub:1396
“Milli Şuranın 19 avqust sessiyasında mənim namizədliyimin gündəmə gələcəyini gözləmirəm”. Milli Şuranın İctimai əlaqələr komissiyasının sədri, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev belə deyib.

Mehman Əliyev qeyd edib ki, namizədliyin irəli sürülməsi prosedurunun yekunlaşmasına, ümumən seçkiyə çox az qalıb:

“Proseslər onu göstərir ki, ciddi problemlər yarana bilər”.

Komissiya sədri deyib ki, Milli Şuranın rəhbərliyi onunla vahid namizəd olmaq məsələsini müzakirə etməyib: “Belə bir müzakirə olmayıb”.

“Sessiyada namizədliyiniz irəli sürülsə və iştirakçılar bu haqda qərar qəbul etsələr, bununla razılaşacaqsınızmı” sualına Mehman Əliyev belə cavab verib: “Mən Milli Şuranın vahid namizədi olmaq istəmirəm. Müzakirələr getməlidir və çıxış yolu tapılmalıdır. Rüstəm İbrahimbəyovun təcrübəsi onu göstərdi ki, seçkiyə bir neçə namizədlə getmək lazımdır.Müsavat Partiyasının başqanı İsa Qəmbər namizəd olacağını açıqlayıb. Eşitdiyimə görə, Eldar Namazovun da belə bir niyyəti var. Ona görə də Milli Şura tərkibindən bir neçə namizədin seçkiyə qatılması gözlənir”.

Mehman Əliyev bildirib ki, vahid namizəd ideyasını dəstəkləmir.(mediaforum)


Teqlər:  





Xəbər lenti