Qahirədəki səfir Metin Turanla görüşüb

Qahirədəki səfir Metin Turanla görüşüb
  19 Avqust 2013    Oxunub:1088
Türkiyənin Qahirədəki səfirliyi Misirdəki iğtişaşlar zamanı saxlanılan TRT-nin müxbiri Metin Turanla görüşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin mətbuat katibi Levent Gömrükçü Twitter səhifəsində yazıb.

O bildirib ki, Metin Turanın səhhətində problem yoxdur: “ Qahirədə polis tərəfindən saxlanılan jurnalist Metin Turan haqqında ilk gündən bəri danışıqlarımız davam edir. Səfirimiz onunla 3 saatlıq bir görüşdə olub. Sağlamlığı yaxşıdır. Tezliklə azadlıqda olması üçün əlimizdən gələni edirik.”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti