İsa Qəmbərlə Əli Kərimli atışdı
Qeyd olunub ki, vaxt az qaldığından R.İbrahimbəyovu gözləməklə zaman itirmək olmaz. Alternativ namizədlərin olması ilə bağlı qərar qəbul edilməlidir.
AXCP sədri Əli Kərimli bu kimi təkliflərə qarşı çıxaraq "Milli Şuranın vahid namizədi bəllidir. Bu, Rüstəm İbrahimbəyovdur" deyib.
Ə.Kərimli hətta vəziyyətdən asılı olaraq boykot qərarının da qəbul edilməsini mümkün sayıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkilərdə mütləq iştirakın tərəfdarı olduğunu deyib. O, ötən təcrübəyə əsaslanaraq boykotun effekt vermədiyini, seçkilərdə iştirakın vacibliyini qeyd edib.(anspress)