İsrail vətəndaşlarını Azərbaycana getməməyə çağırıb
Məlumata əsasən israillilər və yəhudilərə, davam edən potensial təhlükəsizliyə görə Türkiyə ilə yanaşı Azərbaycan, Nigeriya və Keniyaya planlaşdırılan qeyri-vacib səfərləri təxirə salmaq məsləhət görülüb. Siyahıda Misir və İordaniya ən təhlükəli ölkələr kimi verilib. Sinay yarımadasına planlaşdırılan səfərləri isə təcili təxirə salmaq, orda olanlara isə ərazini tərk etmək üçün xəbərdarlıq edilib.
Siyahıda yer alan digər ölkələr Tailand, Filippin, Seneqal, Kəşmirdir. İsrail vətəndaşlarına və yəhudilərə Sudan, Somali və Əfqanıstandan təcili çıxmaları tövsiyə olunub.
AzVision.az