Bakı-Quba yolunda qəza
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı avtomobilin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əməliyyat saat 15:30-da başa çatıb.
Teqlər: