İlham Əliyevin sənədləri bu gün MSK-ya təqdim olunacaq
Bunu YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, İlham Əliyevin vərəqləri artıq tam hazırdır: “Bütün bölgələrdən daxil olan imza vərəqələri partiyanın icra katibliyində tam yoxlanılıb və artıq təqdim etmək üçün hazırdır. Lakin qanunvericiliyə görə, seçkiyə 50 gün qaldıqdan sonra imza vərəqələri MSK-ya təqdim oluna bilər. Buna görə də biz vaxtından əvvəl imza kampaniyasını başa çatdırmağımıza baxmayaraq, avqustun 20-də sənədləri MSK-ya təqdim edə biləcəyik”.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyini təsdiq edib.(apa)