Kəmaləddin Heydərov yevlaxlılarla görüşəcək

Kəmaləddin Heydərov yevlaxlılarla görüşəcək
  20 Avqust 2013    Oxunub:1403
Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Yevlax şəhərində vətəndaşları qəbul edəcək.
AzVision.az-ın məlumatına görə, nazir tərəfindən 23 avqust tarixində saat 11:00-dan Yevlax şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti 30) 21 avqust 2013-cü il tarixində saat 14:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Teqlər:





Xəbər lenti