Asim Mollazadəvə Sabir Rüstəmxanlı namizədlikdən imtina etdi
Millət vəkili Asim Mollazadənin sədri olduğu Azərbaycan Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qərara əsasən partiya seçkilərdə öz namizədi ilə çıxış etməsə də, ümumilikdə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq.
Qeyd edək ki, partiyanın 4-cü qurultayında seçkilərdə iştirakla bağlı qərar qəbul edilib, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunub.
Xatırladaq ki, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa , və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı prezidentliyə namizədlikdən imtina edib.