“The Guardian”a təzyiq edilir

“The Guardian”a təzyiq edilir
  20 Avqust 2013    Oxunub:1348
Britaniya hökuməti “The Guardian” qəzetindən ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snoudendən alınan materialları ya məhv etməyi, ya da onlara verməyi tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Guardian”ın baş redaktoru Alan Rasbricer avqustun 19-da bildirib. Rasbricer söyləyib ki, qəzetdə yayılan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə bağlı məxfi materialları ABŞ britaniyalı məmur vasitəsilə geri almağa çalışır. Baş redaktorun sözlərinə görə, həmin şəxs “siz istədiyinizi aldınız, indi biz materialları geri almaq istəyirik” – deyə söyləyib.

“The Guardian”ın baş redaktoru bu inadlı xahişi yerinə yetirməkdən imtina edib. Rasbricer bildirib ki, xüsusi xidmət orqanının iki əməkdaşı redaksiyaya gələrək Snoudenin sənədləri saxlanılan iki kompüterin sərt diskini məhv ediblər.

Xatırladaq ki, qəzetin braziliyalı əməkdaşı Devid Mirandanın Londonun Hitrou hava limanında həbsindən sonra Rasbricer bu barədə açıqlamanı yayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti