Rəsul Quliyevin pulunu Eldar Namazov verib

Rəsul Quliyevin pulunu Eldar Namazov verib
  20 Avqust 2013    Oxunub:1266
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər partiyanın qərargahdan çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

AzVision.az-a açıqlama verən partiya sədri bildirib ki, partiyanın yerləşdiyi qərargahın icarə haqqının ödənməsində heç bir problem yoxdur: “Hazırda mən özüm partiyanın qərargahındayam. İcarə haqqının ödənməsi ilə bağlı heç bir problem yoxdur. Bu pul əvvəlcədən ödənilir”.

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası yerləşdiyi qərargahdan çıxarıldığı iddia edilir. Buna səbəb icarə pulunun ödənməməsi göstərilir.

Məlumatda o da bildirilir ki, mülkün icarəsinə görə son 2 ayın pulunu Eldar Namazov verib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti