Daha iki nəfərin namizədliyi təsdiqləndi

Daha iki nəfərin namizədliyi təsdiqləndi
  20 Avqust 2013    Oxunub:1078
Mərkəzi Seçki Komissiyası (MSK) daha 3 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, qərar bu gün MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Belə ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifov, Elşən Həsənov və Zahid Orucun prezidentliyə namizədliyi təsdiqlənib.

İclasda hər üçün namizədin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Həmçinin iclasda MSK-nın 17 avqust tarixli iclas protokolu təsdiq edilib.

Daha sonra namizədliyi təsdiq olunan Zahid Orucun səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

M. Pənahov əlavə edib ki, bu günə olan məlumata görə, MSK-da 64 nəfər müşahidəçi qeydə alınıb. Onlardan 55 nəfəri bu missiyanı öz təşəbbüsü ilə, 9 nəfəri isə müvafiq qurum tərəfindən müşahidəçilik etmək üçün müraciət edib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti