`İlham Əliyevə alternativ namizəd yoxdur`

 `İlham Əliyevə alternativ namizəd yoxdur`
  21 Avqust 2013    Oxunub:1518
“Azərbaycan demokratik ölkədir. Hər kəs öz seçimində sərbəstdir, müstəqildir. Bütün siyasi partiyalara seçkilərdə qatılmaq üçün eyni şərait yaradılır. İrəli sürülən namizədlərin heç bir problemlə üzləşmədən qeydiyyatdan keçmələri, sağlam rəqabət şəraitində təbliğat və təşviqatını həyata keçirmələri üçün yaradılan demokratik şərait təqdir olunandır”. Bu fikirləri Milli Məclisin deputatı, general Əliağa Hüseynov hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.

Uzun müddətdir mətbuatdan uzaq düşən deputatın fikrincə, namizədliyini irəli sürən şəxslər gördükləri işlərə diqqət etməlidir.

“Amma nəzərə alsaq ki, seçki bir sınaq imtahanıdır, bu halda namizədliyini irəli sürən hər kəs bir anlıq da olsa, öz fəaliyyətinə, bu günə qədər xalqı, ölkəsi üçün nə kimi işlər gördüyünə diqqət yetirməlidir. Xalqımız ağıllı və yaxşıya qiymət verməyi bacaran xalqdır. Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevə və onun son on ildə gördüyü işlərə beynəlxalq səviyyədə verilən qiymətə diqqət yetirmək kifayətdir. İlham Əliyev iqtisadiyyatı dərindən bilən, yenilikçi, praqmatik düşüncəli, uğurlu addımları ilə dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasını təkmilləşdirən liderdir. Milli Konstitusiyamız imkan verir ki, ölkəsini, xalqını daim irəli aparan, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirən, hər bir vətəndaşın Prezidenti olduğunu gördüyü işləri ilə təsdiqləyən şəxs ölkədə keçirilən seçki proseslərində dəfələrlə iştirak edib, qələbə qazansın. Xalqımızın cənab İlham Əliyevə dəstəyi, onun ətrafında sıx birləşdiyi günümüzün reallığıdır. Tam əminik ki, müdrik xalqımız qarşıdan gələn prezident seçkilərində də fəal iştirak edib, öz düzgün seçimini edəcək, cənab İlham Əliyev yenidən növbəti beş il üçün müstəqil Azərbaycanımızın Prezidenti seçiləcək. Cənab İlham Əliyevə alternativ namizəd yoxdur. 2013-cü il 9 oktyabr prezident seçkiləri bir daha cənab İlham Əliyevin qələbəsi kimi tarixə yazılacaq”-deyə Ə.Hüseynov müsahibəsində bildirib.


Teqlər:  





Xəbər lenti