Cəmil Həsənli namizədlikdən danışmaq istəmədi

Cəmil Həsənli namizədlikdən danışmaq istəmədi
  21 Avqust 2013    Oxunub:1344
“Mən bu barədə danışmaq istəmirəm”.

Bu sözləri AzVision.az-a açıqlamasında Milli Şuranın üzvü, professor Cəmil Həsənli vahid ehtiyat namizəd məsələsinə münasibət bildirərkən deyib :

“Milli Şuranın mətbuat xidməti ilə əlaqə saxlayın”.

Milli Şuranın üzvü Eldəniz Quliyev Cəmil Həsənlinin vahid ehtiyat namizədlikdən imtina edib-etməyəcəyi barədə dəqiq məlumatı olmadığını qeyd edib

“Son sessiyada Cəmil Həsənli çıxış edərək deyib ki, vahid namizəd konsepsiyasını dəstəkləyir. Rüstəm İbrahimbəyovun təklifi ilə həmrəy olduğunu bildirmişdi. Belə başa düşdüm ki, onun vahid namizəd olmaq istəyi yoxdur. Amma bu gün mətbuatda xəbər yayılıb ki, Cəmil Həsənli razılaşdırılıb. Ona görə də indiki vəziyyətdə dəqiq heçnə deyə bilmərəm”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti