Üç uşaq anası özünü asdı
Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Övladları R.Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər və Ağdam Rayon Polis Şöbəsinə xəbər veriblər.
Ağdam Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, R.Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub.
Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


