İbrahimbəyov Rəsul Quliyevlə danışdı

  İbrahimbəyov Rəsul Quliyevlə danışdı
  21 Avqust 2013    Oxunub:1123
Milli Şuranın prezidentliyə qalmaqallı vahid namizədi Rüstəm İbrahimbəyovla ABŞ-da məskunlaşan ACP lideri Rəsul Quliyev arasında telefon danışığı olub.

Bu barədə Avrasiya.net-ə ACP-dən məlumat verilib. Məlumatda deyilir ki, danışıqda əsasən Milli Şuranın vahid namizədinin kimliyi müzakirə olunub. R.Quliyev İbrahimbəyova təklif edib ki, Müsavat başqanı İsa Qəmbər və və AXCP sədri Əli Kərimlinin namizədliyinin səsə qoyulmasına maneə yaradılmalıdır.
R.Quliyevin təklifi ilə namizəd bitərəflərdən biri olmalıdır. Onun fikrincə Rafiq Əliyev daha şanslıdır. R.İbrahimbəyov isə eks-spikerin təklifi ilə razılaşdığını və Milli Şuradakı yaxınları ilə bu barədə məsləhətləşəcəyini söyləyib.


Teqlər:  





Xəbər lenti