ADP-nin seçkidə iştirakı sual altındadır
Partiya sədrinin müavini Nurəddin İsmayılov deyib ki, müxalif Milli Şuranın seçkidə hansı formada iştirak edəcəyini gözləyirlər.
Nurəddin İsmayılovun sözlərinə görə, partiyanın sədri Sərdar Cəlaloğlunun hazırda ölkədə olmaması da məsələyə təsir göstərir: “Sərdar bəy iki-üç günə gələcək. O zaman seçki ilə bağlı qərar verilməsi gözlənir”.
“...gözləmə mövqeyindəyik”-deyə N. İsmayılov bildirib.