Milli Şura üzvü Mehman Əliyevi təkzib etdi
Bunu AzVision.az-a açıqlamasında Milli Şuranın üzvü Zəfər Quliyev Mehman Əliyevin `Milli Şurada sifariş yerinə yetirən qüvvələr var`fikrinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, Milli Şuranın sonuncu sessiyasında iki məsələ ilə bağlı hamının fikri eyni idi :
“Bunlardan birincisi Rüstəm İbrahimbəyovun vahid namizəd kimi sona qədər dəstəkləmək, ikinci məsələ isə vahid bir qurum kimi Milli Şuranın saxlanılması, onun dağılmasına imkan verməmək idi. Milli Şurada təmsil olunan qüvvələr, təşkilatlar, eləcə də fərdlər bu fikirləri dəstəklədilər”.
Z.Quliyev həmçinin əlavə edib ki, bəzi məsələlərdə Şura üzvlərinin fikirləri müxtəlidir :
“Bunu da normal qarşılayıram. Sadəcə olaraq, yaranmış böhranlı vəziyyətdən güzəşt yolu ilə çıxış yolu tapıla bilər”.
Qeyd edək ki, Milli Şuranın üzvü Mehman Əliyev Azadlıq radiosuna müsahibəsində bildirib ki, Milli Şurada müxalifətin seçkidə iştirakını əngəlləməkdə maraqlı qüvvələr var: “Belə görünür ki, onlar sifariş yerinə yetirirlər”.
Fatimə Kərimli
Teqlər: