Mehman Əliyevi Milli Şuraya buraxmadılar

Mehman Əliyevi Milli Şuraya buraxmadılar
  21 Avqust 2013    Oxunub:1121
“Məni toplantıya dəvət etməyiblər”.

Bu sözləri açıqlamasında Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının rəhbəri Mehman Əliyev Milli Şuranın Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki ofisində hazırda keçirilən toplantısına münasibət bildirərkən deyib.

Mehman Əliyev bildirib ki, toplantı siyasi partiyaların iştirakı ilə baş tutub:

“Məni də toplantıya dəvət etməyiblər”. M.Əliyev toplantının müsbət nəticələnəcəyini qeyd edib.

O, eyni zamanda Cəmil Həsənlinin namizədliyini dəstəklədiyini də bildirib.

Qeyd edək ki, toplantı zaman Müsavat və AXCP artıq Cəmil Həsənlinin vahid ehtiyat namizəd olması barədə razılığa gəliblər.

Xatırladaq ki, hazırda Milli Şuraya daxil olan siyasi partiya rəhbərlərinin iştirakı ilə vahid ehtiyat namizəd məsələsi müzakirə olunur. (qafqazinfo)




Teqlər:  





Xəbər lenti