İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəmir?

İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəmir?
  21 Avqust 2013    Oxunub:1280
Avqustun 20-də Milli Şuranın sədri Rüstəm İbrahimbəyov barəsində facebook sosial şəbəkəsində sensasiyalı xəbər yayılıb. Xəbərdə bildirilir ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün heç ərizə yazmayıb.

“Rusiyanın paytaxtı Moskvada, müxtəlif ünvanlarda Rüstəm İbrahimbəyova məxsus mənzillər olduğu üçün, onun Rusiya vətəndaşlığından imtina etməsi həmin mənzillər üzərindəki hüquqlarını sual altına qoyduğundan, Rüstəm bəy ağıllı tərpənib və vətəndaşlıqla bağlı heç hara ərizə-zad yazmayıb. Sadəcə Milli Şura daxilində biabır olmamaq üçün vaxtı uzadıb və zaman keçdikcə avtomatik başqa namizəd üzərində dayanılması üçün gözləyib. Nəticədə istədiyinə də nail olub - Milli Şura artıq alternativ namizəd barədə qərar verib. Rüstəm bəy də tam deyə bilər ki, mən çalışdım, amma vaxtımız az idi deyə alınmadı. Əgər bu deyilənlər doğru olmasaydı, Rüstəm İbrahimbəyov çoxdan ərizə yazıb, onun bir surətini də internetdə paylaşmışdı”.

İbrahimbəyov özü “Yeni Müsavat”a açıqlamasında bunu “şayiə” adlandırıb: “Həm ərizəni, həm də digər lazımi sənədləri təqdim etmişəm. Sənədləri məndən qəbul etdikləri barədə mənə qəbz də verilib. Mən də həmin qəbizin surətini və digər lazımi sənədləri də əgər Mərkəzi Seçki Komissiyası tələb edəcəksə, ora təqdim edilməsi üçün artıq Bakıya göndərmişəm. Ya bu gün, ya da sabah sənədlər Bakıda olacaq”.


Teqlər:





Xəbər lenti