Hüsnü Mübarək azad edildi

Hüsnü Mübarək azad edildi
  21 Avqust 2013    Oxunub:1296
Misir məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin azad olunması haqda qərar qəbul edib.

“Reuters”-in yaydığı xəbər görə, məhkəmə H. Mübarəki həbsdə saxlamaq üçün ciddi əsaslar görməyib. Onun günün sonuna qədər azadlığa buraxılacağı bildirilir. Sabiq dövlət başçısının vəkili isə H. Mübərəkin avqustun 22-də həbsxanadan çıxa biləcəyini deyib.

Xatırladaq ki, H. Mübarək 2011-ci il fevralın 11-də 18 günlük çoxsaylı etiraz aksiyalarından sonra istefa verib. O, iki ildən çoxdur həbsdədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti