İlqar Məmmədova icazə verildi

İlqar Məmmədova icazə verildi
  21 Avqust 2013    Oxunub:1166
İlqar Məmmədovun etibarnamə verməsi üçün dövlət notariusunun istintaq təcridxanasına girməsinə icazə verilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ReAL (Respublikaçı Alternativ) hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı təşəbbüs qrupuna etibarnamə verməsi üçün dövlət notariusunun istintaq təcridxanasına girməsinə icazə verib.

İ. Məmmədovun vəkili Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, bununla bağlı icazə məktubu bu gün ona təqdim olunub: “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əvvəlcədən müraciətdə göstərilən Bakı şəhərində yerləşən 4 saylı Notarial Kontorun dövlət notariusunun Bakı İstintaq Təcridxanasına girməsinə icazə verib. Sabah - avqustun 22-də bu proses həyata keçiriləcək”.

Qeyd edək ki, barəsində həbs-qətimkan tədbiri seçilmiş ReAL hərəkatının sədri İlqar Məmmədov hazırda həbsdə olduğundan sənədlərini Mərkəzi Seçki Komissiyasına özü təqdim edə bilmir. Onun namizədliyini verə bilməsi üçün təşəbbüs qrupuna etibarnamə lazımdır. Bundan ötrü notarius Bakı İstintaq Təcridxanasına getməli, İlqar Məmmədovdan etibarnamə almalıdır. Bununla bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunmuşdu


Teqlər:





Xəbər lenti