Elmar Məmmədyarovdan Ban Ki-muna məktub
E. Məmmədyarov qeyd edib ki, Ermənistan qanunsuz olaraq Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi və yerləşdirilməsi siyasətini də davam etdirir. Nazir bu yaxınlarda 24 erməni ailəsinin Laçına, 7 ailənin Zəngilana, 27 ailənin Kəlbəcərə köçürüldüyünü və Suriyadan daha 18 erməni ailəsinin gətiriləcəyini BMT rəhbərinin nəzərinə çatdırıb: “Bu, Ermənistanın Suriyada yaşanan humanitar fəlakətdən istifadə edərək Azərbaycan torpaqlarındakı işğalını möhkəmləndirmək niyyətindən xəbər verir. Danışıqlar prosesindən sui-istifadə edərək və işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət həyata keçirərək Ermənistan “fait accompli” (gerçəkləşmiş fakt) siyasətini sırımağa və bununla da münaqişənin danışıqlar yolu ilə həlli və regionda sülhün, təhlükəsizliyin bərqərar olması perspektivini pozmağa çalışır. Danışıqlar prosesində tərəqqinin olmamasının fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlər bu əraziləri ilhaq etmək məqsədi güdən Ermənistanın destruktiv mövqeyini ortaya çıxarır”.
Teqlər: