İsa Qəmbər və Əli Kərimli islamçılarla birləşir

İsa Qəmbər və Əli Kərimli islamçılarla birləşir
  22 Avqust 2013    Oxunub:1151
Müxalifət partiyalarının rəhbərləri bir müddət öncə həbsdən buraxılmış dini fəal Mehdi Şamilli ilə görüşüb.
Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və dini fəal Mehdi Şamili bir araya gəliblər. “Media forum”a müsahibə verən Şamili bildirib ki, görüşlərdə məqsədi həbsdə olan islamçıların müdafiə komitəsinin fəaliyyətini bərpa etməkdir.

Ancaq Mehdi Şamilli deyib ki, prezident seçkisi ilə bağlı yaradılmış qurumlarda təmsil olunmaq niyyətində deyil.

Qeyd edək ki, Mehdi Şamilli 2012-ci ilin avqustunda tutularaq narkotik vasitə saxlamada təqsirli bilinib. 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş dindar mayın 7-də verilmiş amnistiyaya düşərək iyulun 26-da azadlığa buraxılıb.


Teqlər:





Xəbər lenti