ABŞ -ın növbəti sirrinin üstü açıldı

ABŞ -ın növbəti sirrinin üstü açıldı
  22 Avqust 2013    Oxunub:1079
ABŞ-ın Milli Təhlükəsizlik İdarəsi (MTİ) 2008-2011-ci illərdə qanunsuz şəkildə amerikalılara məxsus 56 min e-mail oxuyub.
AzVision.az xəbər verir ki, elektron ünvanlardan toplanan materiallar qanunvericiliyə uyğun olmadan ələ keçirilib. Məlum olub ki, məktubların heç biri terror aktı və ölkənin təhlükəsizliyi ilə bağlı olmayıb.

Texniki nasazlıq nəticəsində əldə olunan məktublar barədə məlumat MKİ-nin direktoru Ceyms Klepper tərəfindən ictimaiyyətə açıqlanıb. Klepper MKİ daxilindəki real vəziyyəti göstərmək üçün bu addımı atıb. Belə ki, mütəxəssislər sadə vətəndaşların yazışmasını oxumurlar, nəsə baş verdikdə isə guya texniki problemlər nəticəsində baş verir.

“Washington Post” qəzetinin məlumatına görə, 2008-ci ildən başlayaraq MKİ qanunvericiliyi pozaraq ABŞ vətəndaşlarının şəxsi həyatına müdaxilə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti