ABŞ və İsrailin xüsusi qruplaşması Dəməşqə hücuma keçdi

ABŞ və İsrailin xüsusi qruplaşması Dəməşqə hücuma keçdi
  23 Avqust 2013    Oxunub:1115
Suriyada xüsusi silahlı dəstə Bəşər Əsəd qüvvələrinə qarşı əməliyyatlara başlayıb.
Fransada nəşr olunan "Le Fiqaro" qəzetinin iddiasına görə, Amerika Birləşmiş Ştatları və İsrailin yüksək rütbəli hərbçiləri tərəfindən təlim keçmiş 300 nəfərlik dəstə hökumət qüvvələrinə qarşı əməliyyatlara başlayıb. Bildirilir ki, bu kiçik ordu hər növ ağır silahlarla təmin olunub. Mənbə iddia edir ki, ilk qrup 17, ikinci qrup isə 19 avqustda hücuma keçib.

Qəzetin məlumatına görə, bu sensasiyalı xəbər etibarlı mənbələrə əsaslanır. Qeyd edək ki, bir neçə gün əvvəl Azad Suriya ordusu da buna oxşar məlumat yayıb. Vurğulanıb ki, ölkənin müxtəlif yerlərindən müxalifətə dəstək verən silahlılar bir araya gətirilərək onlara hərbi təlimlər keçirilir.


Teqlər:





Xəbər lenti