Prezident mükafatçısı Minskdə çıxış edəcək

Prezident mükafatçısı Minskdə çıxış edəcək
  20 Fevral 2017    Oxunub:2087
Gənc solist, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova fevralın 25-də Belarusiyanın paytaxtı Minskdə C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcək.
Opera və Balet Teatrının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Radames rolunda Belarusun Xalq artisti Sergey Frankovski, Amonasro rolunda Əməkdar artist Vladimir Qromov çıxış edəcəklər.

Tamaşanı Ukraynanın Xalq artisti, Odessa Dövlət filarmonik orkestrinin baş dirijoru Xobalt Erl (ABŞ) idarə edəcəkdir.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının daha bir solisti, Xalq artisti, professor Azər Zeynalov da Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanionun partiyasını ifa edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti