Hillari Klinton prezident ola bilər

Hillari Klinton prezident ola bilər
  24 Avqust 2013    Oxunub:1292
Amerikada Hillari Klintonun prezident seçilməsi istiqamətində hərəkat başlayıb.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Kliton son günlər Amerika KİV-lərinin gündəmini ələ alıb. Fevral ayında vəzifəsindən gedəndən sonra media onu tamamilə yaddan çıxarmışdı. Siyasətdən yorulduğunu deyən xanım Klintonun yenidən geri dönüşü heç də bir mənalı qarşılanmır. H. Klintonun hələ heç statusunun bəlli olmadığını irəli sürən bəzi ekspertlər məsələnin müəmmalı tərəflərinin olduğunu güman edirlər.

İddia olunur ki, Klinton 2016-cı il seçkisində prezidentliyə əsas namizədi kimi maraqlıdır. Bildirilir ki, onun gələcəkdə prezident olacağından əmin olan bir siyasətçi kimi davranışları da belə deməyə əsas verir.

Qərb mətbuatında analitiklərə istinadən yayılan məlumata görə, Barak Obama prezidentliyə aparan yolda H. Klintona kömək edir və artıq Klintonun seçki kampaniyası üçün pul toplayan qurumlar da yaradılıb.

Belə görünür ki, Hollivud da dəstəyini ondan əsirgəmir: keçmiş baş nazir haqqında “Rodem” adlı serial çəkilir.


Teqlər:  





Xəbər lenti