Misirdə etiraz aksiyaları genişlənib

Misirdə etiraz aksiyaları genişlənib
  24 Avqust 2013    Oxunub:1268
Mursi tərfdarları Qahirə küçələrində nümayişlər keçirib.
Misirdə "Müsəlman Qardaşlığı" hərəkatının əksər liderlərinin və başbilənlərinin həbsinə baxmayaraq, devrilmiş prezident Mursi tərəfdarları etirazları davam etdirərək, Misir hökümətini ictimai təzyiqlərə tab-gətirib, gətirməyəcəyi baxımından əsl sınağa çəkib. Cümə namazından sonra yüzlərlər Mursi tərəfdarı Qahirə küçələrinə toplaşıb.

Qahirə küçələrində toplaşanlara nə Mursi, nə də keçmiş diktator Hüsnü Mübarək tərəfdarı olan inqilab-yönümlü qruplar da qoşulub. Baş Prokurorluq binası qarşısında bir araya gələn inqilabçı fəallar keçmiş Prezident Hüsnü Mübarəkin ev dustağı edilməsi qərarını pisləyib. Həmçinin bir sıra nümayişlər nisbətən mərkəzdən kənar küçələrdə, və rayon məscidlərinin qarşısında keçirilib. Etirazçılar, orduya qarşı müxtəlif şüarlar səsləndiriblər.

Əsasən Müsəlman Qardaşlığı tərəfdarlarının fəal olduğu Qahirənin Nəsr rayonunda bir araya gələn etirazçılar bu mübarizədə canlarından belə keçməyə hazır olduqlarını deyərək, hərbi çevrilişi terrorla müqayisə ediblər. Aksiya qatılanların əksəriyyəti “Rəbə-əl Ədəviyə” məscidi qarşısındakı kütləvi oturaq aksiyadan sonra sülhə çağırış simvoluna çevrilən 4 barmaq şəkilli köynək geyiniblər. Aksiya iştirakçıları ordu komandanı, müdafiə naziri Əbdəl Fəttah ƏS-Sissi və müvəqqəti prezident Ədli Mənsurun istefasını tələb ediblər.

Etirazçı, Nadir Fərəc: “Əs-Sissi ən tez zamanda getməlidir, həmçinin Ədli Mənsur istefa verməlidir. Onsuzda idarəçilikdə hər hansı rol oynamır. Onlar hamı tutduqları vəzifəni tərk etməlidir. Biz ölkədə vəziyyəti sabitləşdirəcək prezidenti seçmək üçün ədalətli seçkilərin keçirilməsini istəyirik”.

Mursi tənqidçiləri İslamçı prezidenti Müsəlman Qardaşlığı hərəkatının hakimiyyətin bütün səviyyələrində nəzarəti ələ almasına imkan verməkdə və istlahat çağırışlarına etinasız yanaşmaqda ittiham edirlər. Onun müdafiəçiləri isə Mursinin bu siyasətlə, hələ də hakimiyyətdə qalan Mübarək yönümlü rəsmilərə qarşı çıxdığını və hərbi liderliyin Misirdə demokratikləşmə prosesinə əngəl olmağa çalışdığını deyir.

Qeyd edək ki, Cümə nümayişləri müsəlman Qardaşlığın dini lideri və ali başçısı Məhəmməd Bədiənin həbsindən sonra ilk kütləvi aksiya olub. O, kütlələri zorakılığa təhrik etməkdə ittiham olunaraq Barəsində həbsqətimkan tədbiri seçilib.


Teqlər:





Xəbər lenti