İnqilabdan qazanan neft qaçaqmalçıları oldu

İnqilabdan qazanan neft qaçaqmalçıları oldu
  25 Avqust 2013    Oxunub:1631
Müdafiə naziri və baş qərargah rəisinin ardından Liviyanın daxili işlər naziri də tutduğu postdan istefa verib. Səbəb kimi isə ölkədəki hərc-mərcliyi və misli görünməmiş neft qaçaqmalçılığını göstərib.
Məsələ burasındadır ki, Qəddfinini dönəmində Liviya gündə 2 milyon barrelə yaxın neft istehsal edirdi. O devriləndən bir il sonra Liviyanın neft təsərrüfatı bərpa olundu və çıxarılan qara qızılın həcmi bir milyon 600 min barrelə çatdırılıdı. Ancaq rəsmi statistikaya görə Liviyada neft hasilatı gündə cəmi 500 min barreldir.

Bundan iki dəfədən də artığını isə Qəddafiyə qarşı vuruşmuş tayfa başçıları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarırlar. Nəticədə həm onlar qazanır, həm qaçaqmal yolu ilə çıxarıldığından onu dəyərindən xeyli ucuz alan əcnəbilər. İtirən isə Liviya xalqı və dövlətidir.

AzVision.az


Teqlər:





Xəbər lenti