Fukusima faciəsinin miqyası genişlənir

Fukusima faciəsinin miqyası genişlənir
  27 Avqust 2013    Oxunub:1323
Yaponiyada Fukuşima nüvə stansiyasından okeana sızan 300 ton radioaktiv maddələrin yalnız 4 tonu sudan təmizlənib.
Həkimlər isə həyəcan təbili çalır. Son olaraq 170 növ balıq üzərində aparılan tədqiqatlar dəhşətli nəticələr verib. Məlum olub ki, onlardan 40 faizi radioaktiv maddələrinnin təsirinə məruz qalıb. Hökumət Tokio Elektrik Enerji şirkətinin apardığı təmizləmə işlərini qənaətbəxş saymır. Ticarət və Sənaye naziri Toşimitsu Moteginin sözlərinə görə, bundan sonra məsuliyyəti hökumət öz üzərinə götürüb.

O, bildirib ki,bütün zərərin aradan qaldırılması üçün lazımı tədbirlər görüləcək. Nazir vurğulayıb ki, əgər qısa zaman ərzində qabaqlayıcı tədbirlər görülməsə faciənin miqyası daha da artacaq. Qeyd edək ki, fukuşima nüvə zavodunun hazırki sahibi Tokio Elektrik Enerjisi şirkəti iddia edib ki, stansiyadan sızan radioaktiv maddələr elə də güclü təsirə malik deyil.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti