Türkiyədə QİÇS yayan azərbaycanlı qadın tutulub

Türkiyədə QİÇS yayan azərbaycanlı qadın tutulub
  27 Avqust 2013    Oxunub:1231
36 yaşlı Azərbaycan vətəndaşı olan qadın Türkiyə hüquq-mühafizə orqanlarının Kastamonuda keçirdiyi əməliyyat zamanı saxlanılıb.
AzVision.az sondakika.com-a istinadən xəbər verir ki, ötən həftə Kastamonu polisinin keçirdiyi əməliyyat nəticəsində əxlaqsızlıq və qadın alveri ilə məşğul olan bir qrup qadın saxlanılıb. Saxlanılan qadınların bir neçəsindən müayinə məqsədilə qan analizi götürülüb.

Kastamonu polisinin açıqlamasına görə, onlardan 36 yaşlı Azərbaycan vətəndaşı M.H-nın qanında sonda QİÇS xəstəliyinə yol açan İİV (İnsanın İmmunçatışmazlığı Virusu) aşkarlanıb.

Polis bu qadınla cinsi əlaqədə olan şəhər sakinlərinə müraciət edib : “Ailənizin, övladlarınızın və ən əsası öz sağlamlığınız naminə xəstəxanaya müraciət edin, lazımi yoxlamalardan keçin. Xəstə haqqında məlumatların gizli saxlanılacağına söz verir və bütün tibbi personalın bunun üçün əlindən gələni əsirgəməyəcəyini bir daha vurğulayırıq”.



Teqlər:





Xəbər lenti