Suriyanı belə vuracaqlar
Birləşmiş ştatların prezidenti Barak Obama Suriyaya qarşı iki günlük hücumun miqyasının bir qədər məhdudlaşdırılması ilə bağlı təklifə baxır. Bu barədə AzVision.az “Vaşinqton Post” qəzetinin Amerika administrasiyasına istinadən yaydığı məlumata əsasən xəbər verir.
Qəzetin məlumatına görə, Suriyaya zərbə ya Aralıq dənizində Amerika gəmilərindən atılan qanadlı raketlərlə, ya da qırıcı təyyarələrlə həyata keçiriləcək.
ABŞ, İngiltərə və Fransa ali nümayəndələri Suriyaya hərbi müdaxilə məsələsində razılığa gəliblər. Artıq ABŞ regiona güclü hərbi dəniz qüvvələri cəmləyib
Bu gündən BMT ekspertləri Suiryada kimyəvi silahla bağlı araşdırmaya başlayıblar. Bu arada, BMT müfəttişlərinin maşının snayperlərdən atəşə tutulduğu bildirilir. Bu barədə məlumat verən qurumun rəsmi nümayəndəsi müfəttişlərin maşını dəyişdikdən sonra yollarına davam edəcəklərini deyib.
“Buna baxmayaraq Suriyaya hərbi müdaxilə 3 faktordan -Amerika kəşfiyyatının ötən həftə kimyəvi silahdan istifadə ilə bağlı hazırladığı hesabatın nəticələri, müttəfiqlərlə və ABŞ konqresində davam edən məsləhətləşmələr, eləcə də Suriyaya zərbənin beynəlxalq qanunvericilik nöqteyi nəzərrindən əsaslandırılması faktorlarından asılıdır” deyə bildirilir.
Xatırladaq ki, ötən həftə müxalifət tərəfi Bəşər Əsəd qüvvələrinin onlara qarşı kimyəvi silah istifadə etdiyini bildirirlər. Hökümət qüvvələri isə bu iddiaları təkzib edir.
Səbinə Həsənova