Kerri: “Suriyada kimyəvi silahla bağlı yeni sübutlar var”

Kerri: “Suriyada kimyəvi silahla bağlı yeni sübutlar var”
  27 Avqust 2013    Oxunub:1205
ABŞ-ın dövlət katibi Con Kerri Suriyada kimyəvi silah tətbiqinin yeni sübutlarının olduğunu bəyan edib.
“Bizdə əlavə məlumat var və müttəfiqlərlə onu beynəlxalq ictimaiyyətə təqdim edəcəyik” – Kerri söyləyib. AzVision.az xəbər verir ki, dövlət katibi deyib ki, Suriyada kimyəvi silah tətbiqini sübut edəcək fotolar və videogörüntülər vardır. Kerri həmçinin Dəməşqdə kimyəvi silahdan istifadə olunması ilə bağlı sübutları məhv etdiyi üçün Suriya hakimiyyətini ittiham edib.

Xatırladaq ki, Suriya hökumətinin Dəməşqdə kimyəvi silahdan geniş şəkildə tətbiqi haqqında məlumat yayılmışdı. İlkin məlumatlara görə, kimyəvi silah hücumunun 600-dən çox qurbanı olub. Suriya müxalifəti isə iddia edir ki, qurbanların sayı 1,3 min nəfərdən çoxdur. Suriya hökuməti bütün bu iddiaları inkar edir.

Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq söyləyib ki, Suriyada kimyəvi silah tətbiqi sübut olunsa, ölkəyə qarşı hərbi əməliyyat BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan həyata keçirilə bilər. Nazirin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası isə Suriyadakı vəziyyəti nizama salmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. Rusiya isə Suriya ərazisində mümkün hərbi əməliyyatın nəticələrinə görə Qərb müttəfiqlərini xəbərdar edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti