Fransa da Suriyaya girəcək

Fransa da Suriyaya girəcək
  28 Avqust 2013    Oxunub:1060
Fransa Suriyaya hərbi müdaxilədə iştirak etməyə hazırdır. Bunu Prezident Fransua Olland ölkəsinin xarici dövlətlərdəki səfirləri ilə avqustun 27-də Yelisey sarayında keçirilən görüşdə bildirib.
Ollan deyib ki, Əsəd rejiminin kimyəvi qırğın silahından istifadəsi cavabsız qala bilməz. Fransa kütləvi qırğına səbəb olan kimyəvi silahdan istifadəni qətiyyətlə pisləyir və Qərb dövlətlərinin Suriyaya hərbi müdaxiləyə dair fikirlərini tam dəstəkləyir.

Olland Suriyada yaranmış vəziyyətlə əlaqədar avqustun 28-də Yelisey sarayında müdafiə şurasının yığıncağını keçirəcəyini və bu haqda ölkə parlamentini məlumatlandıracağını bildirib.


Teqlər:  





Xəbər lenti