ABŞ Suriya məsələsində atacağı addımı hələ dəqiqləşdirməyib

ABŞ Suriya məsələsində atacağı addımı hələ dəqiqləşdirməyib
  28 Avqust 2013    Oxunub:1167
Suriyada vəziyyət gərgin olaraq qalır.
Hökumət qüvvələrinin kimyəvi silahdan istifadə edərək dinc sakinləri qətlə yetirməsi demək olar ki bütün qərb dövlətlərini ayağa qaldırıb. Məsələ barədə ən son açıqlama Amerika Birləşmiş Ştatlarından gəlib. "Ağ Evin" sözçüsü Cey Karni bildirib ki, Birləşmiş Ştatlar Suriya məsələsində atacağı addımı hələ dəqiqləşdirməyib.

Prezident Barak Obama bütün ehtimalları dəyərləndirir. Onun sözlərinə görə, dövlət başçısının verəcəyi qəti qərardan hamının xəbəri olacaq. Hədəflərinin Əsəd rejimini devirmək olmadığını qeyd edən Cey Karni, Suriyada dinc sakinləri hədəf alan hücumlara cavab verməyin vacib olduğunu da sözlərinə əlavə edib.


Teqlər:





Xəbər lenti