"Qız qalası" baletinin tamaşası keçiriləcək

"Qız qalası" baletinin tamaşası keçiriləcək
  05 Aprel 2017    Oxunub:1987
Aprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşası keçiriləcək.

Teatrdan AzVision.az-a verilən məlumata görə, tamaşa görkəmli bəstəkarın 110 illiyinə həsr olunub.

"Qız qalası" Azərbaycan milli baletinin ilk nümunəsi olub, ilk tamaşası 16 aprel 1940-cı ildə baş tutub. Həmin vaxtdan tamaşa teatrın repertuarında geniş yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib.

Tamaşa ilk azərbaycanlı balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadəyə həsr olunub. Q.Almaszadə uzun illər tamaşada Gülyanaq rolunu ifa edib.

Aprelin 15-də baş tutacaq tamaşada əsas rolları Xalq artisti Gülağası Mirzəyev (Polad) və əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) və Makar Ferştandt (Cahangir xan) ifa edəcəklər.

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.

AzVision.az


Teqlər: Balet   Teatr   Qızqalası  





Xəbər lenti