Suriya İsrailə cavab zərbəsi endirəcək
![Suriya İsrailə cavab zərbəsi endirəcək Suriya İsrailə cavab zərbəsi endirəcək](https://azvision.az/photos/The_flag_of_Syrian_Arab_Republic_Damascus,_Syria.jpg)
“Suriyaya qarşı hücum edildiyi halda ölkəmiz İsrailə zərbə endirəcək. İsrail müharibə meydanına çevriləcək. Bu isə qonşu ölkələrə təsir edəcək” - Suriya hərbçisi xəbərdarlıq edib.
Livanın “Hizbullah” şiə qruplaşmasının üzvləri xəbərdarlıq ediblər ki, ABŞ və digər qərb ölkələrinin Suriyaya qarşı hərbi müdaxiləsi Yaxın Şərqdə irimiqyaslı müharibəyə səbəb olacaq. Eyni zamanda, ABŞ-ın Suriyaya zərbəsi ölkədə “Əl-Qaidə” təşkilatının mövqeyini gücləndirəcək.
Bir gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahu xəbərdarlıq edib ki, əgər Suriya hər hansı bir üsulla ona zərər yetirməyə çalışsa, İsrail güc tətbiq edəcək.
AzVision.az
Teqlər: