Obamanı ağladan film-VİDEO
Bunu etiraf etməkdən çəkinməyən Obama qeyd edib ki, ayrıseçkiliyi müdafiə edən qanunlar ucbatından cəmiyyətdə öz sözünü deyə bilməyən məzlumlara yazığı gəlir.
“Baş rolun qəhrəmanı və ümumiyyətlə onun kimi digər istedadlı və bacarıqlı insanları düşünəndə gözlərim dolur”-deyə prezident Reuters-ə bildirib.
Qeyd edək ki, Li Denielsin “Eşikağası” filmi 35 il Ağ evdə qulluq edən afroamerikalı Yucin Allendən bəhs edir.
Bütün həyatı boyu o rəhbərlikdən ağ və qaradərililərə eyni məbləğdə zəhmət haqqı verilməsini xahiş etsə də sərt anlaşılmazlıqlarla qarşılaşır.
Film mütəxəssislərinin fikrincə film bir neçə nominasiya üzrə Oskar mükafatına layiq görülə bilər.
S.Həsənova
AzVision.az