`5 dollara qul kimi işləyirlər`

`5 dollara qul kimi işləyirlər`
  29 Avqust 2013    Oxunub:1263
Parisdə nəşr olunan gündəlik “Ermənistan xəbərləri“ jurnalının 25 avqust sayında erməni jurnalisti Vaan İşxanyanın “Erməni miqrantlar müasir dövrün qullarıdır“ adlı məqaləsi dərc edilib.
Məqalədə Ermənistandakı ağır vəziyyət ucbatından ailəsini dolandırmaq naminə xarici ölkələrə, o cümlədən Rusiyaya üz tutan erməni miqrantların acınacaqlı həyatından danışılır.

Müəllif onların düşdüyü bu vəziyyəti Rafik Baqdasaryanın acı taleyinin timsalında açıb göstərir və qeyd edir ki, adi insan hüquqlarından məhrum olan bu insanlar müasir dövrün qullarına çevriliblər.

Məqalədən məlum olur ki, Ermənistandan baş götürüb qaçan ermənilərin əksəriyyəti dözülməz şəraitdə yaşayır və onlar xarici ölkələrdə ən ucuz işçi qüvvəsi hesab olunurlar. Hətta bəzən səhərdən axşamadək qul kimi işlədilən ermənilərə 5 dollar əmək haqqı verilir. Onlara ikinci növ adam kimi baxırlar.

Bununla belə, onlar xaricdə qul kimi yaşamağı doğma vətənləri Ermənistana qayıtmaqdan üstün tuturlar. Miqrant erməniləri gələcəkdə yaxşı heç nə gözləmir. Onların sayı ildən-ilə artır. Dövlət rəsmiləri isə xaricdə yaşayan vətəndaşlarının taleyinə biganə yanaşır, onlarla əsla maraqlanmırlar.


Teqlər:  





Xəbər lenti